Bakıda DƏHŞƏT: Soyğunçuluq etdiyi şəxsi maşınla sürüdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda DƏHŞƏT: Soyğunçuluq etdiyi şəxsi maşınla sürüdü

Hadisə

23 Aprel 2022 10:22 460


Bakıda soyğunçuluq etdiyi şəxsi maşınla sürüyən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aprelin 22-də Q.Qarayev prospektində paytaxt sakini O.Həsənovun mobil telefonunu alan şəxsin “Hyundai” markalı avtomobili ilə qaçarkən onu sürüməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmir Mehdiyev müəyyən edilərək saxlanılıb. Dördpendirli pizza

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!