Bakıda dəhşətli cinayət, qadının başını kəsdilər

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşətli cinayət, qadının başını kəsdilər

Kriminal

28 Yanvar 2019 17:12 1354


Bakının Xətai rayonunda dəhşətli cinayət baş verib. Bu barədə Xətai rayon prokurorunun köməkçisi Fariz İbrahimov deyib.

Cinayət Xətai rayonu, İ.İsmayılov küçəsi ev 52-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1936-cı il təvəllüdlü Patimat Kudjayevanın baş və boğaz nahiyəsinin kəsilmiş xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb.

“Hazırda hadisə yerində araşdırmalar aparılır. Bütün hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir. Qətlin kim tərəfindən törədildiyi məlum deyil”, - deyə prokurorluq əməkdaşı bildirib. Toyuqlu pizza

Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Baku.ws


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!