Bakıda qorxunc anlar: azyaşlı ölümün bir addımlığından qayıtdı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qorxunc anlar: azyaşlı ölümün bir addımlığından qayıtdı - VİDEO

Hadisə

12 Fevral 2026 11:43 344


Ötən gecə Bakının Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Svetoforun qadağanedici işarəsində hərəkəti davam etdirən minik avtomobili svetofora çırpılıb. Nəticədə 1 ədəd nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb.  Sezar pizza

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən svetoforun yenilənməsi istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, ötən il ərzində Bakı şəhərinin inzibati ərazisində yerləşən küçə və prospektlərdə baş vermiş 55 yol-nəqliyyat hadisəsi nəticəsində svetoforlara ziyan dəyib və ya onlar yararsız vəziyyətə düşüb. Bu istiqamətdə müvafiq tədbirlər görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!