Bakıda dəhşətli qəza törədən sürücüyə hansı cəza verildi?

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşətli qəza törədən sürücüyə hansı cəza verildi?

Kriminal

25 İyun 2024 20:13 897


Ötən il dekabrın 5-də Xətai rayonu, 8 Noyabr prospektində KIA markalı avtomobillə 1952-ci il təvəllüdlü Lyüdmila Aleksandrovna Əliyevanı vurub öldürən Dursunəli İsmayılovun məhkəməsi başa çatıb.

Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə D.İsmayılov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona üç il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi və cəzasının bitməsindən sonra bir il altı ay sürücülük hüququnun məhdudlaşdırılması qeyd edilib. Pepperoni pizza

Xatırladaq ki, hadisədən sonra DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) qəzanın görüntülərini yayıb. Videoda Dursunəli İsmayılovun idarə etdiyi avtomobilin piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçən qadını necə vurması əks olunub. Həmçinin sürücünün təyin edilmiş sürət həddini keçməsi müəyyən edilib.

Məhkəmə prosesində L.Əliyevanın ailəsi sürücüdən şikayətçi olmadığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!