Bakıda dələduzluğa məruz qalan qadın intihara cəhd etdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dələduzluğa məruz qalan qadın intihara cəhd etdi

Hadisə

15 May 2020 01:58 993


Bakı şəhəri, Sabunçu rayonunun 14-cü polis bölməsinin əməkdaşları Maştağa kənd sakininin intihara cəhd etməsinin səbəbini aşkarlayıblar.

Yenisabah.az xəbər verir ki, 1982-ci il təvəllüdlü Əntiqə Rzayeva intihar etmək üçün çox sayda dərman həbləri qəbul edib. Təcili şəkildə 1 saylı Klinik Tibbi Mərkəzə gətirilən qadının həyatını xilas etmək mümkün olub.

İntiharın səbəbi isə Fərrux adlı şəxs olub. Belə ki, qadının mənzil almaq adı ilə 18 min manat pulunu mənimsəyən şəxs onun özünü öldürmək cəhdinə səbəb olub. pizza

Hazırda faktla bağlı araşdırma aparılır. Dələduzluq şübhəsi ilə axtarışda olan şəxs isə hələlik yaxalanmayıb.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!