Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın

saytların hazırlanması

Evə çatdırılma

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın

Hadisə

08 İyun 2020 23:19 742


Bakının Nərimanov rayonunda yaşayış binasında yanğın olub.

Yenisabah.az xəbər verir ki, hadisə Gülarə Qədirbəyova küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

Məlumata görə, evdə təmir getdiyidən mənzildə heç kəs olmayıb. İlkin ehtimallara görə, yanğın qısaqapanma səbəbindən yaranıb. pizza mizza

Əraziyə FHN-in Nərimanov Rayonu üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin 3 texnikası və canlı qüvvəsi cəlb olunub.

Mənzildə olan çarpayı və digər yanar konstruksiyalar yanaraq yararsız hala düşüb.

Alov söndürülüb. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Yağın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.   /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!