Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın oldu - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın oldu - VİDEO

Hadisə

14 Noyabr 2025 22:17 1258


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Yeni Sabah"a verilən məluumata görə, əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb. Dördpendirli pizza

Yanğın nəticəsində yaşayış binasının damında ümumi sahəsi 7kv.m. olan liftin mühərrik otağında istifadəyə yararsız əşyalar və dam örtüyünün taxta atmaları 30kv.m. sahədə yan yanıb.

Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!