Bakıda əhaliyə verilən içməli su ilə bağlı şaiyələr yayılıb -   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakıda əhaliyə verilən içməli su ilə bağlı şaiyələr yayılıb - RƏSMİ AÇIQLAMA

İqtisadiyyat

31 Mart 2026 18:06 1813


Bakını iki gün iflic edən aramsız yağışlar təkcə küçələri və həyətləri su altında qoymadı, həm də əhali arasında yeni narahatlıq yaratdı. Sosial şəbəkələrdə və sakinlər arasında yayılan iddialara görə, bəzi ərazilərdə kanalizasiya xətləri partlayıb və içməli suya qarışıb.

Mövzu ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, kanalizasiya sularının içməli su şəbəkəsinə qarışması ilə bağlı hər hansı fakt qeydə alınmayıb:

“Bakı və Abşeron ərazisində kanalizasiya sularının içməli su şəbəkəsinə qarışması ilə bağlı hər hansı fakt qeydə alınmayıb. Bu hal texniki baxımından mümkün deyil. Belə ki, içməli su və kanalizasiya sistemləri tamamilə ayrı-ayrı mühəndis-kommunikasiya xətləri üzrə qurulub və istismar olunur”. Dördpendirli pizza

Qurumdan bildirilib ki, içməli suyun keyfiyyəti mütəmadi şəkildə laborator analizlər vasitəsilə yoxlanılır:

“Suyun keyfiyyəti mütəmadi olaraq laborator analizlər vasitəsilə yoxlanılır və sanitariya normalarına uyğunluğu nəzarətdə saxlanılır”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!