Bakıda etiraz aksiyası keçirildi – Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda etiraz aksiyası keçirildi – Video

Xalqın səsi

02 Aprel 2019 22:47 2578


Lisenziyası ləğv edilmiş “Bank Standard” QSC-nin əmanətçiləri pullarını tələb edirlər.

Bu gün əmanətçilər bu tələblə Prezident Adminstrasiyasının qarşısında etiraz aksiyası keçiriblər. Polis əməkdaşları aksiyaya müdaxilə edib.

Əmanətçilərin sözlərinə görə, Milli Məclisə və mərkəzi icra hakimiyyəti qurumlarına edilən müraciətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) yönləndirilib. Müraciətlərə isə cavab verilmir. Dördpendirli pizza

Şikayətçilər deyib ki, “Bank Standard”ın Kreditorlar Komitəsinin iclasına müvafiq maliyyə qrumlarının əməkdaşları dəvət edilsə də, gəlmirlər. Əmanətçilər iddia edib ki, Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümovun qardaşı Şahin Mövsümov müflisləşmiş “Bank Standard”dan girovsuz olaraq 100 milyon manatdan çox kredit götürüb.

Bizimyol.info 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!