Bakıda ev çökdü, yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ev çökdü, yaralılar var

Hadisə

07 Aprel 2026 08:25 2754


Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində fərdi yaşayış evində çökmə baş verməsi barədə məlumat daxil olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Marqarita pizza

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, torpaq uçqunu səbəbindən fərdi yaşayış evinin bir hissəsinin çökməsi nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Günel Etibar qızının müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • HALİL BOZKAYA
    Mən Sumqayıt əmisiyəm və bütün Azərbaycan vətəndaşlarından kömək istəyirəm. Həyat yoldaşımı xilas edin; qardaşları onu öldürəcəklər. Xahiş edirəm mənə kömək edin. Şəkildəki qadın mənim həyat yoldaşımdır; biz qaçdıq. Allah xatirinə, mənə kömək edin. HƏYATIMI XİLAS ET, YOLDAŞIM! QARDAŞLARI ONU ÖLDÜRƏCƏKLƏR. TELEFON: +905351064518BEN SUMGAYIT DAYIM TÜM AZERBAYCAN VATANTAŞINDAN. YARDIM İSTİYORUM. HAYAT YOLDAŞIMI KURTARIN ABİLERİ ÖLDÜRECEK.BANA YARDIM EDİN FOTOĞRAFTAKİ HAYAT YOLDAŞIMDIR KACARAK EVLENDİK.ALLAH RIZASI İÇİN YARDIM EDİN.HAYAT YOLDAŞIMI KURTARIN ABİLERİ ÖLDÜRECEK.TELEFON:+905351064518
    1 month ago