Bakıda evdən təmir-tikinti alətləri oğurlayan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda evdən təmir-tikinti alətləri oğurlayan şəxs saxlanıldı

Kriminal

27 Noyabr 2025 10:07 582


Bakının Sabunçu rayonunda talama faktı qeydə alınıb.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Gecə saatlarında naməlum şəxs paytaxt sakininin evinə daxil olaraq içərisindən 1000 manat dəyərində təmir-tikinti alətlərini oğurlayıb. Bu barədə ev sahibi polisə məlumat verib. Dominos pizza

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum edilmiş 40 yaşlı R.Şükürov müəyyən olunaraq saxlanılıb.

Nizami rayonunda keçirilən tədbirlər zamanı isə təmir sexlərinin birində avtomobildən 400 manat dəyərində ehtiyat hissələri, eləcə də iki vətəndaşa məxsus mobil telefon və 500 manat oğurlamaqda şübhəli bilinən A.Tağıyev və F.Səfərov da saxlanılıblar.

Faktlar üzrə araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!