Bakıda evlərdən 25  min manatlıq oğurluq edildi -   Saxlanılan var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda evlərdən 25  min manatlıq oğurluq edildi - Saxlanılan var

Kriminal

19 Mart 2026 17:13 489


Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində baş verən silsilə oğurluq faktlarının üstü açılıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Araşdırmalarla müəyyən edilib ki, müxtəlif tarixlərdə rayon ərazisində yerləşən 9 evdən ümumilikdə 25 min manat dəyərində məişət əşyaları, təmir-tikinti alətləri, elektrik naqilləri, məişət texnikası, həmçinin pul və qızıl-zinət əşyaları oğurlanıb. Dominos pizza

Keçirilmiş tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 33 yaşlı Ramil Əsgərov saxlanılıb. Onun etdiyi oğurluqların bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!