Bakıda fəaliyyətə başlayan velosiped kirayəsi xidmətində TARİFLƏR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda fəaliyyətə başlayan velosiped kirayəsi xidmətində TARİFLƏR

Sosial

24 Avqust 2024 13:51 507


Bakı şəhərində ilk "bike-sharing" (velosiped kirayəsi) xidməti fəaliyyətə başlayıb. Məlumata görə, velosipedi icarəyə götürməyə, səyahət etməyə və istənilən parklanma yerinə qaytarmağa imkan verən sistem sakinlərə və turistlərə şəhərdə təhlükəsiz və davamlı səyahətlər etmək üçün əlverişli imkanlar yaradır. Bakı şəhərində mikromobillik vasitələrinin parklanması üçün yaradılan 50-yə yaxın məntəqədə müvafiq konstruksiyalar quraşdırılıb, velosipedlərin kirayə qaydası barədə məlumatları əks etdirən lövhələr yerləşdirilib.

Bəs maraqlıdır ki, velosipedlərin kirayə haqqı və müddəti necə tənzimlənir?

Oxu.Az xəbər verir ki, qiymətlərlə bağlı məlumat sosial şəbəkələrdə yayılıb. pizza sifarişi

Belə ki, "Velo 30" paketinin 30 günlük qiyməti 11.99 AZN təşkil edir. Kirayələnən velosipedi gün ərzində 60 dəqiqə sürmək mümkündür. Xidmət günlük 10 kilid açılması təklif edir. Velosipedi 60 dəqiqə ərzində tam sürmək və ya 10 kilid açılışında dəqiqələrə bölüb istifadə etmək imkanı var.

Elektron velosiped paketinin (e-Velo30+) 30 günlük qiyməti 35.99 AZN təşkil edir. Kirayələnən velosipedi gün ərzində 60 dəqiqə sürmək mümkündür. Xidmət günlük 10 kilid açılması təklif edir. Velosipedi 60 dəqiqə ərzində tam sürmək və ya 10 kilid açılışında dəqiqələrə bölüb istifadə etmək imkanı var.

"Velo365" paketi 365 gün faydalanmaq imkanı yaradır, qiymət 35,99 AZN təşkil edir. Kirayələnən velosipedi gün ərzində 60 dəqiqə sürmək mümkündür. Xidmət günlük 10 kilid açılması təklif edir. Velosipedi 60 dəqiqə ərzində tam sürmək və ya 10 kilid açılışında dəqiqələrə bölüb istifadə etmək imkanı var.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!