Gecə baş verən hadisədən sonra DİN-dən əhaliyə çağırış -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Gecə baş verən hadisədən sonra DİN-dən əhaliyə çağırış - VİDEO

Hadisə

13 Aprel 2026 12:59 18365


Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edib.

"Yeni Sabah" xəbər verir ki, qurumun müraciətində bildirilir:

"Aprelin 12-si gecə saatlarında paytaxtın Suraxanı rayonu, Zığ şosesində baş verən yol-nəqliyyat hadisəsi bir daha göstərdi ki, sükan arxasında ən kiçik diqqətsizlik belə ağır nəticələrə səbəb olur. pizza

Yol hərəkəti sadəcə idarəetmə deyil, bu, eyni zamanda məsuliyyət, düşünülmüş qərarlar və qabaqlayıcı davranışdır. Xüsusilə gecə saatlarında görünüşün məhdudlaşdığı şəraitdə sürücü diqqətini ikiqat artırmalıdır. Bir anlıq dalğınlıq, telefona baxmaq, yorğunluq və ya sürətə nəzarətsizlik təhlükəni qaçılmaz edir.

Eyni zamanda nəqliyyat vasitəsi hər hansı səbəbdən yolun hərəkət hissəsində dayandıqda bu artıq potensial təhlükə mənbəyidir. Belə hallarda qəza dayanma işıq siqnalı dərhal yandırılmalı və avtomobilin arxasında ən azı 30 metr məsafədə xüsusi xəbərdarlıq nişanı yerləşdirilməlidir.

Bir daha bütün sürücüləri yollarda diqqətli və məsuliyyətli olmağa çağırırıq". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Əhmədov Elgün
    Mən xahiş edirəm ki telefon cəriməsi qaldırılsın ən azı 1500 azn olsun
    1 month ago