Bakıda gecə klubunda ərəb turist ölüb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda gecə klubunda ərəb turist ölüb

Kriminal

07 Fevral 2023 09:10 1057


Bakının Binəqədi rayonunda klubda ölüm hadisəsi baş verib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə Əhmədli Rəcəbli küçəsində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, "Baku Musical Center" gecə klubunda müştəri olan 1969-cu il təvəllüdlü Küveyt vətəndaşı Ali Nəcəb Aşamalinin qəfil vəziyyəti pisləşib. Dördpendirli pizza

Dərhal təcili tibbi yardıma müraciət olunub.

Buna baxmayaraq, Ali Nəcəb Aşamali dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin əməkdaşları tərəfindən araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!