Xəzər rayonunda gənc ehtiyatsızlıqdan xəsarət alıb.
"Yeni Sabah" xəbər verir ki, Binə qəsəbəsi, Südçülük sovxozunda 2002-ci il təvəllüdlü Təhməzov Əlikram Zamin oğlu yaşadığı evin həyətində işləyən zaman ehtiyatsızlıqdan xəsarət alıb.
İlkin məlumata görə o, tikintidə istifadə olunan "preparator" aparatından istifadə edən zaman yaralanıb. pizza sifarişi
Ə.Təhməzov xəstəxanaya yerləşdirilib. Ona kürək nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisənin təfərrüatı Xəzər Rayon Polis İdarəsində araşdırılır.
Telegram kanalımız