Bakıda güclü külək ağacı aşırdı, 8 bina qazsız qaldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda güclü külək ağacı aşırdı, 8 bina qazsız qaldı - Fotolar

Hadisə

02 Noyabr 2019 18:59 1074


Bu gün ölkə ərazisində əsən güclü külək qaz təsərrüfatına da ziyansız ötüşməyib.

“Azəriqaz”dan "Yeni Sabah"a daxil olan məlumata görəSabunçu rayonu Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsi 25 ünvanında irigövdəli ağac 100 mm diametrində qaz xəttinin üzərinə aşıb. Nəticədə 8 beşmərtəbəli binada qaz təchizatı dayandırılıb.

Sabunçu rayonu Ramana qəsəbəsi südcülük sovxozu yaşayış massivində daş hasar sayğaclara qoşulu bir neçə müxtəlif diametrli qaz xəttinin üzərinə aşıb. Bu hadisə 200 abonentin qaz teminatında fasilə yaranmasına səbəb olub. Dominos pizza

“Azəriqaz” İstehsalat Birliyinin əlaqədar qurumları bu fəsadların aradan qaldırılması üçün xüsusi rejimdə çalışır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!