Bakıda günvurma: 61 nəfər təcili yardıma müraciət edib

saytların hazırlanması

Evə çatdırılma

Bakıda günvurma: 61 nəfər təcili yardıma müraciət edib

Sağlamlıq

28 İyun 2025 16:03 701


Paytaxtda son günlər artan temperatur səbəbindən günvurma hallarının sayı xeyli artıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına iyun ayından etibarən 61 nəfər günvurma diaqnozu ilə müraciət edib.

Toksikoloqlar xəbərdarlıq edir ki, günvurma xüsusilə günorta saatlarında – 12:00-dan 16:00-a qədər – daha çox müşahidə olunur. Onun sözlərinə görə, əsas simptomlar arasında üzün qızarması, baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma və görmə pozğunluqları var.

İlkin yardım tədbirləri kimi sərin və kölgəli məkanlara çıxarmaq, bədənə soyuq kompres qoymaq və bol maye qəbul etmək tövsiyə olunur. Həkimlər, xüsusilə risk qrupuna aid olan uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olanların bu günlərdə xüsusi diqqətli olmalarını vurğulayır. günvurma hallarında duzlu su içməyin vacib olduğunu bildirir. pizza hut

Mütəxəssislər vətəndaşlara günün ən isti saatlarında açıq havada olmamağı, günəşdən qoruyucu vasitələrdən istifadə etməyi, kifayət qədər su içməyi tövsiyə edir.

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!