Bakıda “Hyundai“ 3600 AZN-ə satılır -   Sudan ucuz maşınlar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda “Hyundai“ 3600 AZN-ə satılır - Sudan ucuz maşınlar

Avto

06 Sentyabr 2019 11:29 1978


Azərbaycanda dövlət avtomobilləri satışa çıxarılır.

"Yeni Sabah"ın məlumatına görə, sentyabrın 10-da hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı da açıqlanıb. 

9-16-cı  sətirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin balansında olan  nəqliyyat  vasitləri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. pizza

17-19-cu  sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin balansında olan  nəqliyyat  vasitləri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

20-ci sətirdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin balansında olan  nəqliyyat  vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

(tel:566-07-44)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!