Bakıda içki sexində biabırçı mənzərə -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda içki sexində biabırçı mənzərə - FOTOLAR

Sosial

16 Aprel 2026 17:00 348


Alkoqolsuz içkilərin emalı müəssisəsində planlı yoxlama keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, A.Pəri küçəsi 303A ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Lətif Əlif oğluna məxsus alkoqolsuz içkilərin emalı müəssisəsində yoxlama aparıb.

Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Marqarita pizza

Müəssisədə texnoloji ardıcıllıq prinsipinə, məhsulların və qablaşdırma materiallarının saxlanma şəraitinə riayət olunmadığı, etiketlənmə ilə bağlı tələblərin pozulduğu, xammalın saxlanması, ilkin emalı və hazır məhsulun soyudulması üçün sahələrin ayrılmadığı, emal zamanı qablaşdırmada şadlıq saraylarından geri yığılan şüşə butulkalardan istifadə olunduğu aşkarlanıb. Həmçinin müvafiq təmizlik işlərinin görülmədiyi, avadanlıq və işçi masaların korroziyaya məruz qaldığı və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.

Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb. Məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laboratoriyaya təqdim edilib.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!