Bakıda icra başçıları bayram günü işə çağırıldı-   Paytaxtda vəziyyət necədir?

saytların hazırlanması

Evə çatdırılma

Bakıda icra başçıları bayram günü işə çağırıldı- Paytaxtda vəziyyət necədir?

Hadisə

27 Mart 2026 20:17 1357


Bu gün səhər saatlarından etibarən Baki şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.

Bu barədə “Yeni Sabah”a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb. Dördpendirli pizza

Nəticədə bəzi ərazilərdə subasma halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitoring qrupları tərəfindən müəyyən edilərək aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir.

Aidiyyatı qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!