Bakıda iki avtobus toqquşdu, xəsarət alanlar var   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda iki avtobus toqquşdu, xəsarət alanlar var - Fotolar

Hadisə

04 Noyabr 2019 20:47 1083


Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

"Yeni Sabah" xəbər verir ki, avtoqəza Qaqa Qarayev prospektində qeydə alınıb.

Hadisə zamanı 57 saylı xətt marşrutu üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusu ilə "BakuBus" MMC-yə məxsus 7A saylı xətt marşrutu üzrə hərəkət edən avtobus toqquşub. İlkin məlumata görə, yol qəzası nəticəsində azı 8 nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan 5 nəfəri xəstəxanada müalicəsini davam etdirəcək, digər 3 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.  Sezar pizza

Hadisənin təfərrüatları araşdırılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!