Bakıda ilk dəfə sevgililər gününə özəl konsert keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ilk dəfə sevgililər gününə özəl konsert keçiriləcək

Şou

11 Fevral 2019 18:35 1338


“Celentano Tribute Show” fevralın 13-də Heydər Əliyev Sarayında keçiriləcək konsertində tamaşaçıları sürpriz gözləyir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə dünya şöhrətli aktyor və müğənni Adriano Çelentanonun “rəsmi əkiz”i Maurizio Schweizer Bakı sakinləri və şəhərin qonaqlarına etdiyi müraciətində bildirib.

Qeyd edək ki, Bakıda ilk dəfə, sevgililər gününə özəl olaraq keçiriləcək təkrarsız İtaliya layihəsi “Celentano Tribute Show” nümayiş etdiriləcək. SUNAR Medianın təşkilatçılığı ilə reallaşan konsert proqramı əfsanəvi dünya ulduzu Adriano Celentanonun 80 illik yubileyi şərəfinə keçirilir. pizza mizza

Əfsanəvi Adriano Celentanonun ən sevimli xitləri və performansları Maurizio Schweizerin ifasında Azərbaycan tamaşaçısına təqdim olunacaq.

İstedadı və böyük əməyi sayəsində Maurizio öz tanınmış əkizinin obrazının bütün detallarını - səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilir. 

Biletləri İtiket (on-line almaq üçün linkə tıklayın https://iticket.az/events/concerts/celentano-tribute-show/6191 ) və şəhərin bütün kassaları, eləcə də ASAN xidmət kassalarından almaq mümkündür.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!