Bakıda itkin düşən şəxs asılmış vəziyyətdə tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda itkin düşən şəxs asılmış vəziyyətdə tapıldı

Hadisə

27 May 2020 16:31 726


Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki hərbi hissənin ərazisində intihar hadisəsi baş verib.

Yenisabah.az bildirir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mayın 26-da hərbi hissə üçün tikilən yeməkxananın damından 1993-cü il təvəllüdlü fəhlə Hüseyn Babayevin meyiti tapılıb. Gənc özünü elektrik naqili ilə asıb. pizza

İstintaq zamanı müəyyən edilib ki, H. Babayev mayın 24-də itkin düşüb. O, 17:00 radələrində evdən çıxıb və o vaxtdan bəri heç kim onu ​​görməyib.

Faktla bağlı Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, H. Babayevin özünə qəsd etməsinin səbəbi dəqiqləşdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!