Bakıda kişi arvadını ölümünə döydü -   Atası evində

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kişi arvadını ölümünə döydü - Atası evində

Kriminal

03 Oktyabr 2019 05:21 840


Sabunçu rayonunda döyülmə faktı qeydə alınıb.

“Yeni Sabah” Oxu.Az-a istinadən xəbər verir ki, Pirşağı qəsəbəsində ailə münaqişəsi zəmnində ər həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əminova Zəkiyə Habil qızını döyərək xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Z.Əminovaya qapalı kəllə-beyin travması, üzün əzilmiş yarası diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib. Dominos pizza

Vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, 3 ay əvvəl ailə həyatı quran ər həyat yoldaşının atası evinə gəlib.

Bu zaman onlar arasında mübahisə yaranıb.

Nəticədə ər həyat yoldaşı Z.Əminovaya xəsarət yetirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!