Xətai rayonunda quldurluq hadisəsi baş verib.
“Yeni Sabah” “APA”ya istinadən xəbər verir ki, hadisə Babək prospektində baş verib.
Belə ki, Babək prospekti 23 ünvanında 1973-cü il təvəllüdlü Şaməddin Əliyevi naməlum şəxs döyüb. pizza mizza
Həmin şəxs Ş.Əliyevin üzərində olan 700 manatı, o cümlədən mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində istintaq araşdırmaları aparılır.
Telegram kanalımız