Bakıda klassik avtomobillərin yürüşü zamanı müsabiqələr keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıda klassik avtomobillərin yürüşü zamanı müsabiqələr keçiriləcək

Avto

27 May 2022 18:44 7247


Azərbaycan Avtomobil Federasiyası (AAF) Bakı Şəhər İcra Hakimiyyətinin və Regional İnkişaf İctimai Birliyinin təşkilati dəstəyi ilə mayın 29-da klassik avtomobillərin yürüşünü keçirəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə AAF-dan məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər. pizza

Yürüşdə iştirakçılar və tamaçılar arasında müsabiqələr keçiriləcək və qaliblər AAF tərəfindən mükafatlandırılacaq. İştirakçılar və tamaşaçılar arasında qaliblər “Ən unikal avtomobil”, “Ən nizamlı sürücü”, “Ən rəngarəng retro geyim” və digər nominasiyalar üzrə müəyyənləşəcək.

Qeyd edək ki, öncədən qeydiyyatdan keçən avtomobil və sahibləri mayın 29-u saat 13:00-da Heydər Əliyev Mərkəzinin qarşısında olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!