Bakının Keşlə kəndində valideynlər tərəfindən atılmış üç uşaq tapılıb.
Bunu insan hüquqları müdafiəçisi Kəmalə Ağazadə bildirib.Bir neçə gün öncə, anasının uşaqlarına qarşı olan laqeydlikdən qonşular dözməyib polisə şikayət ediblər. Qadın bütün gün, hətta gecə iki ikiyaşlı və üç yaşlı oğlan uşağını, 10 yaşlı bacılarına tapşırırmış. Onların acından ölməməsi üçün qonşular uşaqlara qida veriblər.
Bununla bağlı Kəmalə Ağazadə Nizami rayonu icra Hakimiyyətinə müraciət edib. pizza mizza
"Komissiya yaradılıb, ekspertlər polislə birgə hadisə yerinə gediblər. İcra şöbəsinin nümayəndələri akt tərtib edib, uşaqları götürüb, sığınacağa gətiriblər", deyə Ağazadə bildirib.
Artıq axşam evdə uşaqları tapmayan ana telefonla hüquq müdafiəçisi ilə əlaqə saxlayıb. O, Ağazadəni təhdid edib.
Ananın haqqında bircə o məlumdur ki, adı Nigardır. Qadın özü bütün gün evdə olmadığını belə izah edir: o, bir dükanda işləyir (qonşular iddia edirlər ki, qadın əxlaqsız həyat tərzi yaşayır).
Qonşuların verdiyi məlumata görə, qadın evə heç vaxt bazarlıq etmir. Evə bir şüşə su və çörək ilə qayıdır. Uşaqlar müxtəlif kişilərdən və nikahdan doğulub. Onlar bu evdə on ildir yaşayır. Hazırda uşaqların gələcək taleyi müəyyən edilir.
Telegram kanalımız