Bakıda kraliça II Yelizavetanın hakimiyyətinin platin ildönümü qeyd olunur

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kraliça II Yelizavetanın hakimiyyətinin platin ildönümü qeyd olunur

Siyasət

01 İyun 2022 20:34 961


Böyük Britaniyanın Azərbaycandakı səfirliyi kraliça II Yelizavetanın hakimiyyətinin platin ildönümünü qeyd edir - o, 70 il hakimiyyətdə olmuş ilk Britaniya monarxı olub.

Yenisabah.az xəbər verir ki, tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp çıxış edib.

“Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün platin yubileyi ilə üst-üstə düşməsi xüsusilə simvolik xarakter daşıyır”, - səfir bu hadisənin ölkələr arasında münasibətlərdə əhəmiyyətini qeyd edib. Toyuqlu pizza

O, yubiley münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin Kraliça II Yelizavetaya hədiyyə etdiyi Qarabağ atını da xatırladıb.

Onun sözlərinə görə, bayramda Britaniyanın müxtəlif ənənəvi mahnıları, simvolları və yeməkləri nümayiş etdiriləcək.Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!