Gecə saatlarında paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində kütləvi dava olub.
Bir qrup gənc arasında düşən mübahisə sonda dava ilə nəticələnib. Dava zamanı 1999-cu il təvəllüdlü 3 nəfər - Vəlizadə Möhübbət, Zeynalov Abbas və Əliyev Zili bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıblar. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə isə döyülüb.
Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. pizza mizza
Qeyd edək ki, həmin gənclər Memarlıq və İnşaat Universitetinin tələbələridir.
Faktla bağlı araşdırma aparılır.
“Baku.tv”
Telegram kanalımız