Bakıda maska taxılması ilə bağlı reydlər başladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda maska taxılması ilə bağlı reydlər başladı

Avto

25 İyun 2020 19:25 2341


Bu gündən avtobuslara maskasız daxil olmaq qadağan edilib. Qərarın qüvvəyə mindiyi ilk gün ayrı-ayrı dayanacaqlarda avtobusa maskasız daxil olmaq istəyən sərnişinlər müşahidə edilib.

“Yeni Sabah” xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, sürücülərin tövsiyəsindən sonra həmin sərnişinlər maska istifadə ediblər:

“Bununla yanaşı, sürücülərin maskasız sərnişinlərə qarşı biganə yanaşması halı da müşahidə edilir. Bununla bağlı toplanan məlumatlar əsasında BNA tərəfindən reydlər keçirilir. Bütün hallar qeydə alınır və analiz edilir. Qarşıdakı günlərdə qərarın icrasına nəzarət tədbirləri də gücləndiriləcək”. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!