Bakıda orta məktəbin ayaqyolusuna kamera quraşdırılıb.
Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdəki ayaqyolu kabinələrinin qapıları da yoxdur.
Direktor müavini Novruz İsmayılov qeyd edib, həmin kamera oğlanlar üçün nəzərdə tutulan sanitar qovşağa quraşdırılıb. Ancaq həmin kamera heç vaxt işlək vəziyyətdə olmayıb. İşləməyən kameranın ayaqyoluna quraşdırılmasının səbəbinə gəldikdə isə, Novruz İsmayılov bildirib ki, yuxarı siniflərdən bəzi şagirdlər orada siqaret çəkiblər. Şagirdləri bu vərdişdən yayındırmaq üçün bu üsulu seçiblər. Sonradan kamera çıxarılıb. Şagirdlərin ayaqyolunda çəkdikləri elektron siqaret və qəlyanlar isə onlardan alınıb. Dördpendirli pizza
O bildirdi ki, həmin kamera quraşdırıldıqdan sonra ayaqyolunda heç kim siqaret çəkməyib. Sanitar qovşaqda kabinələrin qapısının olmaması məsələsinə gəldikdə isə, direktor müavini bildirildi ki, məktəb tikilən vaxtı orada qapı nəzərdə tutulmayıb.
Novruz İsmayılovun sözlərinə görə qısa zamanda ayaqyolu kabinələrinə qapılar qoyulacaq.
Telegram kanalımız