Bakıda mənzil alan əcnəbilərin sayı artır

saytların hazırlanması

Evə çatdırılma

Bakıda mənzil alan əcnəbilərin sayı artır

İqtisadiyyat

15 Aprel 2019 02:39 986


Azərbaycanda mənzil almaq istəyən əcnəbilərin sayı sürətlə artır. Alınan mənzillərin yarıdan çoxu isə bölgələrin payına düşür. Ekspertlərin sözlərinə görə yaxın illərdə xaricilərin Azərbaycanın əmlak bazarına marağı daha da artacaq.

“Yeni Sabah” Xezerxeber-ə istinadən bildirir ki, ötən il xaricilər tərəfindən Azərbaycanda 2 mindən çox mənzil alınıb. Bu öncəki illərlə müqayisədə çoxdur. Mənzillərə maraq göstərən xaricilər isə daha çox şərq ölkələrin vətəndaşlarıdır.

Ekspertin sözlərinə görə əldə edilən daşınmaz əmlaklar müxtəlif məqsədlər üçün istifadə edilməyə görə satın alınır.Satılan mənzillərin yarıdan çoxu bölgələrin payına düşür. Sezar pizza

Ekspertin sözlərinə görə bu il və növbəti illərdə xaricilərin Azərbaycanın əmlak bazarına marağı daha da artacaq. Bu isə turizmin inkişafı və bunun nəticəsində xaricilərin Azərbaycan haqqında daha çox məlumat alması ilə bağlıdır. Eyni zamanda xaricilərin daşınmaz əmlaka olan marağı mənzil qiymətlərinin qismən də olsa bahalaşmasına da gətirib çıxaracaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!