Bakıda mənzildə huşsuz vəziyyətdə qalan şəxs xilas edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda mənzildə huşsuz vəziyyətdə qalan şəxs xilas edildi - Video

Hadisə

28 Oktyabr 2025 20:00 632


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Azadlıq prospektində vətəndaşın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə "Yeni Sabah"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Marqarita pizza

Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısı açılaraq, huşsuz vəziyyətdə aşkar edilmiş vətəndaş – 1952-ci il təvəllüdlü S.Eminova təcili tibbi yardım briqadasına təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!