Bakıda metrodakı ölümün səbəbi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda metrodakı ölümün səbəbi

Sosial

20 Fevral 2019 19:37 727


Bakıda metroda 58 yaşlı kişinin ölüm səbəbi məlum olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, stansiyada dünyasını dəyişən Zaqatala rayon sakini, 1961-ci il təvəllüdlü Ömərov Hidayət Şaban oğlu ürək xəstəliyindən əziyyət çəkirmiş: “Səhər saatlarında metronun “Nərimanov” stansiyasının girişində özünü pis hiss edib. Bir neçə dəqiqədən sonra Hidayət Ömərov stansiyaya düşmək istəyərkən girişdə özünü yenidən pis hiss edib və qəfil ürəyi dayanıb”.

Məlumata görə, meyit daxili müayinə olunub və onun ürək çatışmazlığından dünyasını dəyişdiyi təsdiqlənib. Sezar pizza

Xatırladaq ki, bu gün səhər saat 08:50-də Bakı Metropoliteninin “Nərimanov” stansiyasına daxil olan sərnişin, Zaqatala rayon sakini, 1961-ci il təvəllüdlü Ömərov Hidayət Şaban oğlu stansiyanın girişində dünyasını dəyişib.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!