Bakıda mikroavtobus qəzaya düşdü - 19 yaralı (YENİLƏNİB)

saytların hazırlanması

Evə çatdırılma

Bakıda mikroavtobus qəzaya düşdü - 19 yaralı (YENİLƏNİB)

Hadisə

08 Sentyabr 2025 12:47 327


"Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub"

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.

Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib: "Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir". pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!