Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
"Yeni Sabah" xəbər verir ki, hadisə zamanı "BMW" markalı minik avtomobili 1961-ci il təvəllüdlü Göyüşov Məmməd Sabir oğunun idarə etdiyi motosikletlə toqquşub.
Nəticədə motosikletçi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona ayağın sınığı, üzün əzilmiş-sıyrılmış yaraları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. / APA
Telegram kanalımız