Bakıda NATO-nun kursu keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda NATO-nun kursu keçirildi

Rəsmi

14 Mart 2026 10:12 1106


Azərbaycan və NATO arasında "Sülh Naminə Tərəfdaşlıq Proqramı"na əsasən Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində 1-ci səviyyəli qiymətləndirici kursu (ETC - 49 - Evaluator Training Course) keçirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində təşkil olunan kursda Azərbaycandan 22, NATO və tərəfdaş ölkələrdən isə 30 nəfər təlimatçı və dinləyici qismində iştirak ediblər. Kurs müddətində fərdi və qrup şəklində müxtəlif nəzəri və praktiki çalışmalar icra olunub. pizza mizza

Keçirilən kursun əsas məqsədi Alyansın Ortaq Qüvvələr Birliyinə bəyan edilən hissə və bölmələrinin qiymətləndirilməsi üçün ixtisaslı hərbi qulluqçuların sertifikatlaşdırılmasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!