Bakıda nə baş verir? - 3-4 gün davam edəcək: Bu şəxslər təhlükədədir!

saytların hazırlanması

Evə çatdırılma

Bakıda nə baş verir? - 3-4 gün davam edəcək: Bu şəxslər təhlükədədir!

Sosial

02 Sentyabr 2024 18:30 6511


Xəbər verdiyimiz kimi, paytaxt ərazisində tozlu hava müşahidə olunur. Həmin durumun 3-4 gün davam edəcəyi bildirilib.

Bəs bu hava hansı insanlara daha çox təsir göstərir və kimlər üçün təhlükə riski var? 

Allerqoloq Şahvələd Məmmədov “Yeni Sabah”a açıqlamasında hansı şəxslərin risk qrupuna daxil olduğunu qeyd edib: Dominos pizza

“Havada qatı toz dumanının olması həm keçən il, həm də ondan əvvəlki illərdə müşahidə olunub. Belə havada tozdan qorunmaq lazımdır. Xüsusilə, tənəffüs yolları xəstəlikləri olan insanlar üçün bu cür hava şəraiti təhlükəli sayılır. Onlar tibbi maskalardan istifadə etməlidirlər. Meteohəssas insanlara da tozlu hava şəraiti pis təsir edir. Bununla yanaşı, hipertoniklər və ürək və ağciyər xəstəliklərindən əziyyət çəkənlər də son dərəcə ehtiyatlı olmalıdırlar”. 

Allerqoloq vətəndaşlara tibbi maskadan istifadə etməyi məsləhət görüb:

“Virusdan necə qorunuruqsa, belə havalarda da həminki qaydada tibbi maskalardan istifadə edərək, sağlamlığımızın qayğısına qalmalıyıq. Ağırlaşma müşahidə olunduğu təqdirdə həkimə müraciət olunması tövsiyə edilir”.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!