Qarabağa 1 milyon azərbaycanlı qayıdandan sonra nə baş verəcək?   - Mühüm açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Qarabağa 1 milyon azərbaycanlı qayıdandan sonra nə baş verəcək? - Mühüm açıqlama

Siyasət

29 May 2021 13:25 2050


“Ağdam, Şuşa və işğaldan azad edilən digər şəhər, qəsəbə və kəndlərimiz planlaşdırılan və prezidentə təqdim olunan şəkildə qurulsa, Qarabağa qayıdışın sürətlənəcəyinə inanıram”.

Yenisabah.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, Ağdam həm ərazisinə, həm də əhalisinə görə əvvəlkindən daha böyük rayona və şəhərə çevriləcək:

“Bu, dünənki təqdimatdan aydın oldu. Misal üçün Bakıda olmayan tramvay Ağdamda fəaliyyət göstərəcək. Ağdamda sənaye parkının bünövrəsi də qoyuldu. Bu, çox vacibdir,  Ağdama 100 min insan qayıdacaqsa, onların məşğul olacaqları sahələr indidən müəyyənləşdirilməlidir. Təhlükəsizlik tədbirlərinin həyata keçirilməsiylə paralel Qarabağa 800 minlə 1 milyon civarında insanın qayıdışının təmin edilməsinin Azərbaycan üçün böyük geosiyasi, iqtisadi və hərbi nəticələri olacaq”. Sezar pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!