Bakıda outlet adı ilə işlənmiş mallar satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda outlet adı ilə işlənmiş mallar satışa çıxarıldı

Xalqın səsi

25 Mart 2019 18:45 3007


“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlərin ardı-arası kəsilmir. Mütəmadi olaraq vətəndaşların aldadılması, saxta kampaniyalarla mətbuatın gündəminə gələn "Kontakt Home" mağazalar şəbəkəsi ilə bağlı yeni iddia var.

Bu haqda sosial şəbəkələrdə Farhad Yurdsever adlı istifadəçi yazıb. Onun sözlərinə görə, "Kontakt Home" mağazalar şəbəkəsində işlənmiş mallar 50 faiz endirim reklamı altında satışa çıxarılıb. Facebook-da geniş marağa və müzakirələrə səbəb olmuş həmin statusu olduğu kimi diqqətinizə çatdırırıq:

“Kontakt Home işlənmiş (secondhand) malları 50% endirim və outlet bildiriş ilə 8 mart günü satırdı. Ən gülməlisi isə həmin malların yeni qiymətinin üstündən xətt çəkib 50% endirim qiymətini işlənmiş malın yanından yazmaq idi. Az qalmışdı alam. Satıcıya deyəndə ki, outlet işlənmiş yox, ucuzlaşdırılmış mallar üçün guşədir , inanmırdı mənə”. pizza sifarişi

Sfera.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!