Bakıda övladlarını atan anadan xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda övladlarını atan anadan xəbər var

Sosial

07 Fevral 2019 21:43 862


Bakıda atılan iki uşağın anasının kimliyi məlum olub.

Azərbaycan Uşaqlar Birliyinin Sığınacağının koordinatoru Vasif Akifli bildirib ki, uşaqlarını dayə yanında atıb gedən ana haqqında axtarışlar nəticə verib:

“Məlum olub ki, Əsgərova Aidənin üç qeyri-rəsmi nikahdan altı övladı var. Dörd uşaq ataları ilə yaşayır. Biri başqa kişidən olmaqla, iki uşaq hazırda axtarışı görüb sığınacağa gələn İlqar adlı şəxslə yaşayıb. pizza mizza

Sığınacaqda olan uşaqlardan biri hazırda həbsdə olan Oktay adlı şəxsin övladıdır. Nikahların qeyri-rəsmi olma səbəbi isə Əsgərova Aidənin heç bir sənədinin olmamasıdır. Hazırda faktla bağlı araşdırmalar aparılır”.

Vasif Akifli qeyd edib ki, uşaqların sığınacaqda reabilitasiyası davam edəcək:

“Uşaqlar biri doğma atası olan, birinə isə baxdığını iddia edən şəxsə verilməyəcək. Atalıq faktının təsdiqi, ananın tapılması baş tutana qədər uşaqların sığınacaqda reabilitasiyası davam edəcək və burada qalacaqlar”.

oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!