Bakıda baş verən partlayış nəticəsində ölən şəxsin kimliyi məlum olub.
“Yeni Sabah” xəbər verir ki, hadisə aprelin 14-də paytaxtın Nəsimi rayonu ərazisində, 20 Yanvar küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
34 yaşlı Ömər Məhərrəmli həmin binanın mənzillərindən birinin eyvanında kondisionerin mühərrikinə qaz doldurarkən partlayış olub. Nəticədə, o, 15-ci mərtəbədən yıxılaraq hadisə yerində ölüb. Marqarita pizza
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, bu gün saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb.
Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində daha iki nəfərə – 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə yerində tibbi yardım olunub.
Faktla bağlı araşdırma aparılır.
***
15:41
Bakıda yeni tikilmiş binada partlayış baş verib.
“Yeni Sabah” Baku.ws-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində qeydə alınıb.
İlkin məlumata görə, partlayışın dalğasından tikintidə çalışan fəhlə yüksək mərtəbədən yıxılaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız