Bakıda pəncərədən yıxılan tələbə öldü -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda pəncərədən yıxılan tələbə öldü - FOTO

Hadisə

14 May 2026 11:14 771


Bakıda binanın pəncərəsindən yıxılan tələbə 3 gün sonra vəfat edib.

“Yeni Sabah”ın xəbərinə görə, hadisə mayın 11-də saat 12:00 radələrində paytaxtın Nərimanov rayonu, Nəriman Nərimanov küçəsi ev 7-də baş verib.

Orada yaşayan Nərmin Hikmət qızı Kərimova dördüncü mərtəbənin pəncərəsindən yıxılıb. pizza sifarişi

O, xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Nərminin həyatını xilas etmək mümkün olmayıb.

O, Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə lll kursunda təhsil alırmış.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!