Bakıda yol qəza hadisəsi baş verib.
“Yeni Sabah” bildirir ki, hadisə nəticəsində dayanacaqda dayanmış şəxs avtobusun altına düşüb. Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat qəzası barədə məlumat verib. Nazirliyin xilasediciləri hadisə yerinə gələrək vətəndaşı "Karsan" markalı avtobusun altından çıxarıb Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil veriblər.
Telegram kanalımız