Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Yenisabah.az xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.
1951-ci il təvəllüdlü Quliyeva Bella Yevdakimovnanı naməlum avtomobil vurub. Avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb. Yaralı qadın xəstəxanaya çatdırılıb. Pepperoni pizza
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. /APA
Telegram kanalımız