Bakının Nərimanov rayonunda polis əməkdaşına hücum olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Oxu.Az"a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
İnsident ötən gecə Təbriz küçəsində, 54 nömrəli evin qarşısında baş verib. Marqarita pizza
1972-ci il təvəllüdlü Rövşən İsrafil oğlu Hüseynov sahə müvəkkili, polis kapitanı, 1982-ci il təvəllüdlü polis kapitanı Babək Məhəmmədəli oğlu Abbasova bıçaqla hücum edib. Nəticədə asayiş keşikçisi qolundan üç bıçaq yarası alıb.
Rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət) üzrə cinayət işi qaldırılıb, istintaq aparılır.
Telegram kanalımız