Bakıda polis əməliyyat keçirdi - Evə silahlı basqın edən şəxs zərərsizləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda polis əməliyyat keçirdi - Evə silahlı basqın edən şəxs zərərsizləşdirildi

Kriminal

09 Sentyabr 2024 23:32 970


Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.

Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib. pizza mizza

Müəyyən edilib ki, zərərsizləşdirilən şəxs Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğludur.

Hadisə yerindən “Makarov” tapançası aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!