Bakıda “Çılğın dondurmaçı” kimi tanınan Mehmet Dinç qısa müddətdə sosial şəbəkələrin ən çox müzakirə olunan simalarından birinə çevrilib. Amma Fəvvarələr Meydanı yaxınlığında fəaliyyət göstərən məkandan yayılan videolar birmənalı qarşılanmayıb.
Mehmet Dinç illərdir Türkiyədə dondurma satışı zamanı nümayiş etdirdiyi rəqslər və şoularla tanınır. O, eyni konsepti Bakıda da davam etdirir. Lakin sosial şəbəkələrdə yayılan görüntülər, xüsusilə qadınlarla rəqsi və onların da şoulara qoşulması çoxsaylı tənqid doğurub.
İstifadəçilərin bir qismi bunu sadəcə əyləncə kimi qiymətləndirsə də, digərləri bu cür davranışın Azərbaycan cəmiyyətinə uyğun olmadığını bildirib. Pepperoni pizza
Məsələyə tanınmış şəxslər münasibət bildirib. Hətta müğənni Nadir Qafarzadə paylaşdığı videoda "Çılğın dondurmaçı"nın qarşısında rəqs edən qadınlar haqqında sərt və təhqiramiz ifadələr işlədib.
Hədəfə çevrilən “Çılğın dondurmacı” kimdir?
“Yeni Sabah” onun haqqında maraqlı faktları təqdim edir:
Mehmet Dinç 1982-ci ildə Türkiyənin Hatay vilayətinin Antakya şəhərində anadan olub.
2004-cü ildə Mustafa Kamal Universitetinin (MKÜ) Biznes İnformatikası ixtisasını bitirib. Müxtəlif dövrlərdə tikinti və şirniyyatçılıq sahəsində çalışıb. Daha sonra dondurma satışı ilə məşğul olmağa başlayıb.
Mehmet Dinç dondurma satışı zamanı müştərilərlə rəqs etməsi və müxtəlif şou elementlərindən istifadə etməsi ilə sosial şəbəkələrdə tanınıb. Onun videoları əsasən “TikTok” platformasında yayılıb. Hazırda donurmaçının “TikTok” hesabını 21 milyon istifadəçi izləyir.
Bir müddət Antalya şəhərində fəaliyyət göstərən dondurma satışı obyektini sonradan bələdiyyə söküb. Bundan sonra Mehmet Dinç fəaliyyətini Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində davam etdirib.
Təxminən 6 ay əvvəl Dubayın Marina bölgəsində yeni dondurma məkanı açan M.Dinç burada da əvvəlki konseptini davam etdirib. O, dondurma təqdimatı zamanı ziyarətçilərlə rəqs edir, videolar çəkir və həmin görüntüləri sosial şəbəkə hesablarında paylaşır.
Mehmet Dinçin sosial şəbəkə hesablarında paylaşdığı videoların əksəriyyəti də eyni formatdadır. Paylaşdığı videolar isə əsasən dekolteli və açıq geyimdə olan qadınlarla rəqs etdiyi görüntülərdən ibarətdir. O, milyonlarla baxış əldə edir. Məhz bu format Bakıda ciddi narazılıq yaradıb.
Ən çox etiraz doğuran məqamlardan biri isə azyaşlı qızlarının şoulara cəlb olunmasıdır. Sosial media istifadəçiləri bunun yolverilməz olduğunu qabardır, paylaşımın şərh bölməsində çoxsaylı təhqir və etiraz xarakterli rəylər yazırlar.
Əsmətxanım Rzazadə
Telegram kanalımız