Zelenski sammitdə Azərbaycana təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Zelenski sammitdə Azərbaycana təşəkkür etdi

Dünya

07 İyul 2026 17:56 139


Ukrayna Prezidenti Volodimir Zelenski dəstəyə görə Azərbaycana təşəkkür edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, NATO sammiti çərçivəsində Ankarada Müdafiə Sənayesi Forumunda çıxış edərkən bildirib.

Zelenskinin sözlərinə görə, bu gün Ukrayna "dünyanın ən böyük dron potensialına" malikdir və tərəfdaşlarına "Drone Deal" təşəbbüsü vasitəsilə əməkdaşlığı inkişaf etdirməyi təklif edir. pizza

O qeyd edib ki, təşəbbüs yalnız pilotsuz uçuş aparatlarının alınmasını deyil, həm də birgə istehsalı, texnologiyaların sürətli tətbiqini, kritik infrastrukturun mühafizəsini və təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutur:

"Müdafiə sektorunda Ukrayna ilə əməkdaşlıq edən hər bir ölkə liderinə, hər bir şirkətə təşəkkür etmək istəyirəm. Avropa İttifaqı, Türkiyə, NATO ölkələri, eləcə də Azərbaycan və Fars körfəzi dövlətləri kimi ölkələr bizim güclü tərəfdaşlarımızdır. Ümid edirəm ki, əməkdaşlığımız ölkələrimizin təhdidlərə qarşı etibarlı müdafiəsini təmin edəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!